"WhatsApp"da silinmiş yazıları necə qaytarmaq olar?

"WhatsApp"da silinmiş yazıları necə qaytarmaq olar?
  16 Noyabr 2021    Oxunub:3444
"WhatsApp"da silinmiş ismarıclar telefonun ehtiyat kopiyalama funksiyası sayəsində yaddaşda qalır. Sözügedən funksiya sayəsində hər gecə saat 2-də bütün ismarıcların ehtiyat nüsxəsi çıxarılır. Hərçənd bu, bir həftə, yaxud bir ay müddətinədək uzana bilər.
AzVision.az “The Sun”a istinadən xəbər verir ki, silinmiş ismarıcı oxumaq üçün "WhatsApp"ı silib yenidən yükləmək lazımdır. Daha sonra istifadəçinin çatları bərpa etmək opsiyası çıxacaq. Beləliklə, müvafiq opsiyanı seçməklə silinmiş ismarıclar da daxil olmaqla çatları bərpa etmək olar.

Həmçinin silinmiş ismarıcları bildirişlərin tarixi və ya bildirişlərin registerləri vasitəsilə də oxumaq olar. Lakin ismarıc silinənədək bildirişin açılmaması, eləcə də telefonun restart edilməsi halında qeyd olunan üsul işləmir.

AzVision.az



Teqlər: WhatsApp"  





Xəbər lenti