`Bakı` oyunun taleyini ilk hissədə həll etdi

`Bakı` oyunun taleyini ilk hissədə həll etdi
  29 Mart 2014    Oxunub:1715
Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları davam edir.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, günün ilk oyununda "Bakı" "Simurq"u sınağa çəkib. Artıq 13-cü dəqiqədə Namiq Ələsgərov bakılıları sevindirib - 1:0. 22-ci dəqiqədə isə "Simurq"un futbolçusu İdan Vaytsman qapıları səhv salıb - avtoqol.

81-ci dəqiqədə Draqan Çeran hesab arasındakı fərqi azaldıb - 2:1. Oyun elə bu hesabla da başa çatıb.

Turun digər qarşılaşması da Bakıda keçiriləcək. "Neftçi" "Xəzər Lənkəran"ı qəbul edəcək.

Qeyd edək ki, turun sabah keçirilən iki oyunla yekun vurulacaq.

Xatırladaq ki, dünən keçirilən "Sumqayıt" - AZAL matçında sumqayıtlılar 2:1 hesabı ilə qələbə qazanıblar.


Teqlər:





Xəbər lenti