Tokio Olimpiadası yeni formatda yayımlanacaq
“Panasonic” şirkəti “8K” formatının inkişafını aktiv dəstəkləyən və onun dünyada populyarlaşması üçün böyük səylər göstərən Yaponiya Radio-Televiziya Yayım Korporasiyası (NHK) ilə uzun müddətdir əməkdaşlıq edir. “Yeni formatın kütləvi şəkildə yayılması hazırda infrastruktur imkanları ilə məhdudlaşdırılıb. Biz ultrayüksək təsvir ölçüsündə video çəkə bilsək də, hələlik onun ekranlara yayılması bir qədər çətindir. Lakin biz bu məsələ üzərində çoxdandır “NHK” ilə birlikdə çalışırıq. Müasir texnologiyaların inkişaf sürətini nəzərə alaraq deyə bilərəm ki, 2020-ci ilədək “8K” formatında yayımın ən azı sınaqları mümkün olacaq”, - Ş.Nişiquçu vurğulayıb.
Onun fikrincə, “8K” formatlı televizorların qiymətinin aşağı düşməsi səbəbindən adi televiziya tamaşaçıları yeni formata çox asanlıqla keçə biləcəklər.
Teqlər: