Rəqəmlərin "soyqırımı": Heç nə düz gəlmir

// Qərb yüz il qabaqdan iddialarına platsdarm hazırlayıb

    Rəqəmlərin "soyqırımı": Heç nə düz gəlmir
  11 Noyabr 2021    Oxunub:3066
Türkiyə Cümhuriyyətinə təzyiq üçün bir neçə ölkənin istifadə etdiyi “Osmanlı İmperiyasında erməni soyqırımı” layihəsi davamlı olaraq real və təkzibedilməz tarixi faktlara dirənir. Bu faktları nəzərdən keçirəndə və tutuşduranda illərdir dünya ictimaiyyətinə sırınmağa çalışılan yalanı ifşa etmək çox asandır.
Türkiyə əleyhdarlarının köhnə yalanlarının əsas xüsusiyyəti 1915-1923-cü illəri əhatə edən tarixi hadisələrin “qurbanlarının” sayının getdikcə şişirdilməsidir. Artıq iddia olunan rəqəm sözügedən tarixi dövrdə Osmanlı İmperiyası ərazisində yaşayan bütün erməni əhalisinin ümumi sayını da vurub keçib. Birinci Dünya Müharibəsinin (1914-1918) başlaması səbəbindən yüz minlərlə vətəndaş ölkəni tərk etmişdi. Osmanlı İmperiyası əhalisinin 1914-cü ildəki sayına dair Türkiyə Cümhuriyyəti arxivlərində (Osmanlı Arxivləri) saxlanılan statistik məlumatlar sübut edir ki, tarixi saxtalaşdıran ermənilər uydurma faciənin miqyasını açıq-aşkar şişirdiblər.


1914-cü il siyahıyaalması Balkan müharibəsindəki böyük itkilərdən sonra Osmanlı İmperiyasının sərhəd və inzibati bölgüsindəki dəyişikliklərdən sonra baş tutmuşdu. Statistik məlumatlar köçəri xalqlar (məsələn, Nestorian köçəriləri), hətta yeni doğulmuş uşaqların kilsə qeydləri nəzərə alınmaqla 1914-cü ilin ümumi siyahıları əsasında tərtib edilib. Bu, 1905-1906-cı illərdən sonra imperiyanın həyata keçirdiyi ikinci geniş siyahıyaalma idi və 8 illik fasilədən sonra orta statistik dalğalanma nəzərə alınmaqla əhalinin 1.100.000-dən çox artdığını göstərdi.

Beləliklə, 1914-cü il siyahıyaalınmasına görə Osmanlı İmperiyasında yaşayan 18.520.015 nəfərdən
• 15.044.846-sı müsəlman;
• 1.729.738-i pravoslav yunan;
• 1.161.169-u erməni (qriqorian);
• 68.838-i erməni (katolik);
• 65.844-ü protestant xristian;
• 187 073-ü yəhudi;
• qalanları (nestorilər, yezidilər, qaraçılar və s.) idi.
Deməli, 1914-cü ildə Osmanlı İmperiyasında cəmi 1,23 milyon erməni (1230007 nəfər) yaşayırdı.


İndi isə tarixi saxtalaşdıranlara, yəni “erməni soyqırımı”nda 1,5 milyon hayın məhv edildiyini iddia edənlərə belə bir sual: yerdə qalan 270 min “qurban” haradan çıxdı və 1922-ci ilə qədər bir milyondan çox erməni qaçqını ABŞ-da, Avropada, Azərbaycanda hansı möcüzə nəticəsində peyda oldu? Axı Osmanlı İmperiyasında onların sayl cəmi 1,23 milyon nəfər idi.


Bəlkə əsrin saxtakarlığının sirli 1.500.000 rəqəmində “nə qədər böyük yalan danışsan, sənə bir o qədər tez inanacaqlar...” (A. H. “Mein Kampf”, 10-cu fəsil) ifadəsinin daha bir sübutu var?


Amerikanın “Nyu York Tayms” qəzetinin 1915-ci il 15 dekabr tarixli sayında şeytani anti-türk planına əsasən heç bir dəlil olmadan “öldürülmüş və qovulmuş” erməniərin sayı bir milyon göstərilib, düz bir il sonra nəşr olunan "Ermənistanın fəryadı” (The Cry of Armenia / The Chatam Press) kitabının üz qabığını isə 800.000 "qurban" rəqəmi bəzəyib.


ABŞ-ın Dünya Müharibəsi zamanı bütün "qurbanları" necə operativ sayması və bir il ərzində iki müxtəlif nəşrdə onlar haqqında məlumatları dəyişdirməyi necə bacardığı hələ də sirr olaraq qalır.

Bir şeyi də əlavə edək ki, hər ilin aprel ayında “erməni soyqırımı” adlı qlobal saxtakarlığın rəqəmləri dəyişərək böyüyür və hər dəfə Osmanlı İmperiyasının rəsmi siyahıyaalmasının məlumatlarını bir az da geridə qoyur...

Hans Kloss
Nadir Quliyev

AzVision.az



Teqlər: Erməni-  





Xəbər lenti