“Gecə yata bilməmişik” – Tovuzun deputatı

“Gecə yata bilməmişik” – Tovuzun deputatı
  28 Mart 2014    Oxunub:1188
Tovuzdan seçilmiş millət vəkili Qənirə Paşayeva ötən gün axşam saatlarında erməni silahlı qüvvələrinin rayonun Əlibəyli kəndini atəşə tutmasına və açılan atəş nəticəsində kənd sakinin yaralanmasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, deputat ayağından yaralanan Etibar Tağıyevin hazırda səhhətinin normal olduğunu bildirib:

“Ermənistan və onun silahlı qüvvələri yenə də özlərinin çirkin hərəkətlərindən əl çəkmirlər. Gecə demək olar ki yata bilməmişik. Ermənistan Silahlı Qüvvələrinin Tovuzun Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması, axşam saatlarında mülkü vətəndaşın maşınını,sonra isə kənd sakini Etibar Tağıyev qardaşımızın evini, kənd sakinlərinin evlərini atəşə tutması nəticəsində gərgin və narahat bir gecə yaşadıq. Sivil insanların evlərini atəşə tutmaq və onlara zərər vurmaq. Özəlliklə axşam saatlarında. Çünkü o zamanlar bütün ailə evdə olur. Ermənistanın və onun silahlı qüvvələrinin xisləti bundan ibarətdir. Bu dəfə də insanlığa sığmayan əməllərini davam etdirərək Etibar qardaşımızın evini gülləyə tutublar və güllələrdən biri evin divarını keçərək Etibar qardaşımızı ayağından yaralayıb. Rayon xəstəxanasına çatrdırılan Etibar qardaşımızım vəziyyəti çox şükür indi normaldır. Həkimlər sağ olsunlar bütün yardımlar olunub və Etibar qardaşımızın ayağı itirilmə təhlükəsi riski daşımır. İndi həkimlər bütün və yaxşılaşır. İnşallah bir neçə günə tamam yaxşılaşar”.

Q.Paşayeva E.Tağıyevin səhhəti ilə maraqlanmaq üçün həkimlə əlaqə saxladığını bildirib:

“Bir az öncə Etibar qardaşımızın vəziyyəti ilə bağlı təkrar rayon xəstəxanasının baş həkimi Paşa həkimlə danışdım və Paşa həkim Etibar qardaşımızın ayağının yaxın zamanlarda tam sağalacağını dedi. Etibar qardaşımızın özü ilə də telefonla danışdım və keçmiş oldun diləklərimi çatdırdım. Çox şükr ki, Allah qoruyub və həyatını itirməyib və sağlamlığına böyük zərbə dəyməyib. Allah, məktəb yaşlı 3 övladını atasız qalmaqdan xilas edib. Etibar qardaşımız yavaş-yavaş özünə gəlir amma övladlarının yaşadığı gərginlik onu hər şeydən çox üzür. Məktəb yaşlı 3 uşağın və ailənin xanımının yaşadıqları təbii ki, çox ağır hadisədir və çox şükr ki, onlar ciddi bir xəsarətlər almayıblar. Amma yaşadıqları psixoloji gərginlik təbii ki, onlara ciddi təsir edib. İnşallah bir daha nə onlar nə də digər ailələrimiz belə hadisələr yaşamasın”.

Deputat ATƏT-in Minsk qrupu həmsədrlərindən narazılıq edib:
“Ermənistan dövləti və onun silahlı qüvvələri isə bir daha simasını hər kəsə göstərdi. Evləri, sivil insanları, qadınları, uşaqları gülləbaran etmək, hədəfə alaraq qətlə yetirmək arzusu. Bu xəstə təfəkkürdən və ruh halından xilas olmaq istəmədiklərini bur daha göstərdirlər. ATƏT-in Minsk qrupu həmsədrləri, beynəlxalq təşkilatlar isə yəqin ki, reaksiya verməkdən, etiraz bildirməkdən yayınacaqlar. Həmişə olduğu kimi... Çox təssüf... Bu insanlar isə onlardan ən azı etiraz səslərini ucaldan acıqlamalar gözləyirlər. Onların ədalər və obyektivliklərinə artıq inanmasalar da...

Tovuzda ön cəbhəni qoruyan hərbiçilərimiz düşmənə layiqli cavabı hər zaman olduğu kimi verib və sivil insanlarımızı, evlərimizi daha geniş hədəfə almalarından qoruyub. Allah hər zaman onları qorusun! Bir az əvvəl hərbi hissənin rəhbəri ilə danışdım. Bütün gecə yatmadan Ermənistan silahlı qüvvələrinin kənd sakinlərinə zərər vura bilməməsi üçün çalışıblar. Allah Tovuz da daxil olmaqla ön cəbhəmizi qoruyan bütün hərbiçi və əsgərlərimizi qorusun! Gücləri daha da çox olsun!”

AzVision.az



Teqlər:  





Xəbər lenti