İdlibdə bazara hücum olub, ölənlər var

   İdlibdə bazara hücum olub,    ölənlər var
  20 Oktyabr 2021    Oxunub :364
Suriyada hökumət qüvvələri İdlibin Eriha yaşayış məntəqəsindəki bazara hücum təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, hücum İranın dəstəklədiyi xarici terror qruplarından ibarət qüvvələrlə birgə həyata keçirilib. Artilleriya hücumu nəticəsində 10 mülki şəxs ölüb, 35 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Suriya   İdlib   Hücum  







Xəbər lenti