Təqaüdə görə anasının cəsədini 2 il dolabda gizlətdi
Hüquq-mühafizə orqanları üzə çıxarıblar ki, 50 yaşlı kişinin 80 yaşlı anası 2019 -cu ilin noyabr ayında "Alzeymer" xəstəliyinin aqressiv formasından əziyyət çəkərək ölüb. Polislər yaşlı qadının cəsədini gil ilə dolu torbada tapıblar.
Skeletinin mənsubiyyəti hələlik mütəxəssislər tərəfindən təsdiqlənməsə də təqaüd fırıldaqçısı anası ilə bağlı cinayəti artıq etiraf edib.
Onun bank hesablarına həbs qoyulub. O, təxminən iki il ərzində anası üçün köçürülən aylıq 1700 avronu xərcləyib.
Tural Tağıyev
AzVision.az