Yaquarların əsas qidası balıq imiş- Elm adamlarının yeni kəşfi

Yaquarların əsas qidası balıq imiş-    Elm adamlarının yeni kəşfi
  19 Oktyabr 2021    Oxunub:2329
Bir qrup elm adamı Braziliyada dörd il ərzində yırtıcıların həyatını araşdırıb. Onlar 59 kameradan toplanan 1500 -dən çox yaquar videosunu təhlil etdikdən sonra gözlənilməz bir qənaətə gəliblər. Sən demə yaquarların əsas qıdası balıq imiş.
AzVision.az xəbər verir ki, bu quruda yaşayan heyvanlara aid əvvəllər məlum olan faktları təkzib edən araşdırmanın nəticələri "National Geographic"də dərc edilib.

Əvvəlki tədqiqatlardan məlum olduğu kimi, yaquarlar bir -biri ilə daim rəqabət apararaq əsasən quru məməlilərini ovlayırlar.

Ancaq təcrübənin müəlliflərindən biri Şarlotta Eriksona görə, onların təhlili yaquarın həyat tərzinin real mənzərəsini xeyli genişləndirib. Mütəxəssislər bu heyvanlara aid nəcisləri araşdırdıqdan sonra onların 55% -ində balıqların, 46% -də isə suda sürünənlərin, kaymanların və tısbağaların qalıqlarının olması qənaətinə gəliblər. Məməlilərin qalıqları isə nəcisin yalnız 11% -ində olur. Nəticədə belə məlum olur ki, yaguarlar daha çox balıq yeyirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yaquar   Balıq  





Xəbər lenti