ADPU-da 12 qrup distant təhsil alır

   ADPU-da 12 qrup distant təhsil alır
  19 Oktyabr 2021    Oxunub:1029
"Tədris ili başlayandan Azərbaycan Dövlət Pedaqoji Universitetində 14 qrup distant təhsilə keçib".
Bu barədə AzVision.az - a Universitetin mətbuat xidmətinin rəhbəri Cavid Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Pedaqoji Universitetində müxtəlif təhsil pillələrində 20363 nəfər tələbə təhsil alır. 29 sentyabrdan etibarən dərslər ənənəvi qaydada keçirilməyə başlayıb. Dərslər hibrid formada həm onlayn, həm ənənəvi şəkildə təşkil olunur. Nazirlər Kabinetinin və Operativ Qərargahın bütün qaydalarına əməl olunur:

"Ötən dövr ərzində 14 qrupda COVİD-19 virusuna yoluxma faktı qeydə alınıb. Həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib. 14 gün bitdikdən sonra yoluxmuş tələbə yenidən test verir və neqativ cavab çıxdıqda dərsə qayıdır. Artıq 2 qrup bu dövrü bitirib ənənəvi təhsilə geri dönüb. Tələbələr arasında virusu ağır keçirən yoxdur. Tədris bu qaydalarla davam etdirilir".

AzVision.az




Teqlər: ADPU  





Xəbər lenti