Musiqili Teatr işçi axtarır

Musiqili Teatr işçi axtarır
  15 Oktyabr 2021    Oxunub :495
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı balet truppasına işçi qəbulu ilə bağlı müsabiqə elan edir.
Azvision.az xəbər verir ki, xoreoqrafiya sənəti sahəsində çalışan ixtisas təhsilli 18 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər. Aşağıdakı sənədlərin qəbulu 01 dekabr 2021-ci ilə qədər davam edəcək:

- Şəxsiyyət vəsiqəsinin surəti
- Təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali məktəbdən arayış)
- Əmək kitabçasının surəti
- Tərcümeyi-hal
- Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən)
- 2 fotoşəkil (3x4)
- Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri fərmanların surətləri

Əlaqə telefonları:

Kadrlar şöbəsi: (012) 493 88 37 (daxili nömrə: 194)
Qəbul otağı: (012) 498 13 21
E-mail ünvanı: [email protected]

Şahanə Rəhimli
Azvision.az

Teqlər: teatr  







Xəbər lenti