Dünyanın ən hündür qadını türkiyəli Rumeysa oldu- VİDEO
Azvision.az xəbər verir ki, bu barədə "Ginnes"in rəsmi saytı məlumat yayıb. Rumeysanın kitaba düşməsinə səbəb onun boyunun 215,16 sm olmasıdır. O hazırda dünyada yaşayan ən uzun qadını kimi tanınır.
Qeyd edək ki, bu Rumeysanın "Ginnes"in Rekordlar Kitabına düşməsi ilə bağlı ikinci rekordudur. O 2014 -cü ildə 18 yaşında ikən ən uzun boylu yeniyetmə qız kimi də tanınmışdı.
Xatırladaq ki, türkiyəli qadının həddindən artıq uzun boya malik olması böyümə zamanı skeletin sürətli inkişafına səbəb olan nadir bir genetik xəstəlikdən "Uver" sindromundan qaynaqlanır.
Tural Tağıyev
Azvision.az