Çimərlik futbolunda növbəti böyük saxtakarlıq!
Turnirin əsasnaməsinə görə ölkə çempionatı haqda geniş məlumat, fotoşəkillər və videoçarx turnirin Təşkilat Komitəsinə təqdim olunmalıdır. Məhz bundan sonra TK müvafiq qərarla komandaları turnirə dəvət edir.
Xatırladaq ki, ötən il ölkəmizi bu mötəbər yarışda “Bakı” klubu təmsil etmişdi. “Zolaqlılar”ın yarışda debüt mövsümü olduğu üçün çıxışlarını uğurlu saymaq olar.
Çirməlik Futbolu Federasiyasına yaxın mənbədən əldə etdiyimiz məlumata görə mayın 25-də start götürəcək “Euro Winners Cup”da ölkəmizi “Fənərbağça” adlı bir komanda təmsil edəcək.
Amma məlum məsələdir ki, bu il çimərlik futbolu üzrə ölkə çempionatı keçirilməyib. Bundan başqa “Fənərbağça” adlı klub nəinki ölkə çempionatında, ümumiyyətlə çimərlik futbolu üzrə keçirilən heç bir turnirdə iştirak etməyib.
Belə olan halda “Fənərbağça” ölkəmizi belə mötəbər yarışda necə təmsil edə bilər?