Meteorit evin damını deşərək çarpayıya düşdü

Meteorit evin damını deşərək çarpayıya düşdü
  13 Oktyabr 2021    Oxunub:1285
Kanadada qeyri-adi təbiət hadisəsi baş verib. Rut Hamilton adlı qadının evinə meteorit düşüb.
Azvision.az xəbər verir ki, bu barədə "Victoria News" məlumat yayıb. Göy cismi evin damını sındıraraq Hamiltonun yatağına- yastığa düşüb.

Yerli mediaya açıqlama verən qadın deyir ki, tavana dəyən zərbə səsi və üzünə düşən daş parçalarının zərbəsindən dik atılıb.

- Həyəcan içində yerimdən atılaraq nə baş verdiyini anlamağa çalışdım. Düşünürdüm ki, kimsə pəncərədən evimə girib və mənə doğru silah tuşlayıb.

Qeyd edilir ki, qadın xəsarət almayıb, meteoriti isə yadigar olaraq saxlamaq niyyətindədir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Meteorit  





Xəbər lenti