Testlər induksiya doldurma avadanlığı ilə təchiz edilmiş 10 "Renault Zoe" elektromobili üzərində aparılacaq. Avtomobilin altındakı lövhələr dayanacaqda quraşdırılmış xüsusi simsiz şarj aləti ilə uyğunlaşdırılacaq.
Şarj etmə prosesi yalnız elektromobil onun üstündə dayananda aktivləşir. Qeyd olunur ki, elektromobillərin simsiz şəkildə yanacaqla təmin edilməsi texnologiyası Almaniyanın "IPT Technology" şirkəti ilə "Warwick" Universiteti (Böyük Britaniya-red.) arasında əməkdaşlıq nəticəsində hazırlanıb.
"Char.gy" məlum yeniliklə bağlı bəyan edib ki, "Avtomobilini şarj edə bilməyənlər yeni üsulun köməyi ilə bu problemlərini rahatlıqla küçələrdə həll etmək imkanı qazanacaqlar. .
Xatırladaq ki, bundan öncə "Mahle Powertrain" və "Allotrope Energy", cəmi 90 saniyədə doldurula bilən lityum karbonlu batareya hazırlamışdı.
Tural Tağıyev
Azvision.az