Güləşçilərimiz 20 medal qazandı

Güləşçilərimiz 20 medal qazandı
  24 Mart 2014    Oxunub:1189
Azərbaycan güləşçiləri Bolqarıstanda keçirilən turnirdə iyirmi medal qazandı.
Bolqarıstanın Plovdiv şəhərində Petko Sirakov və İvan İliyevin xatirəsinə həsr olunmuş güləş üzrə XVII Beynəlxalq turnir başa çatıb.

AzVision.az xəbər verir ki, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız da iştirak etmişlər.
Turnirin sonuncu – üçüncü günündə güləşçilərimiz 1 qızıl, 1 gümüş və 6 bürünc medala sahib olublar.

Gənc qızların yarışında Elmira Qəmbərova (63 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşi yarışlarında Murad Məmmədov (55 kq) bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib. Orxan Nuriyev (96 kq) yalnız finalda görüşündə uduzmuş və gümüş medalla kifayətlənmişdir. İslam Abbasov (84 kq) və Türmən Eyyubov isə bürünc medala sahib olublar.

Sərbəst güləşçilərimiz isə turnirin son günündə 3 bürünc medal qazanmışlar. Arif Hüseynov (50 kq), Cahid Həsənzadə və Vurğun Əliyev (hər ikisi 60 kq) fərqləniblər.

Beləliklə, güləşçilərimiz üç gün davam edən turniri 6 qızıl, 4 gümüş və 10 bürünc medalla tamamlayıblar. Onlardan 3 qızıl, 1 gümüş və 1 bürünc medal gənc qızların, 2 qızıl, 2 gümüş və 4 bürünc medal isə yunan-Roma güləşçilərinin payına düşür. Sərbəst güləşçilər isə 1 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıblar.


Teqlər:





Xəbər lenti