Neptuna 3,4 milyardlıq missiya göndərilir

   Neptuna    3,4 milyardlıq    missiya göndərilir
  01 Oktyabr 2021    Oxunub:1248
ABŞ Milli Aviasiya və Kosmos İdarəsi (NASA) 10 il sonra Günəşdən ən uzaq məsafədə olan Neptun planetinə xüsusi bir araşdırma aparatı göndərməyi planlaşdırır.
Azvision.az xəbər verir ki, "Neptune Odyssey" adlanan missiyanın reallaşması 2031 -ci ilə planlaşdırılır. Cihaz Günəş sisteminin səkkizinci planetinə İlon Maskın "SpaceX" şirkətinə məxsus olan "Space Launch System" və ya "Falcon Heavy" vasitəsilə göndəriləcək. Aparat 2043 -cü ilə qədər planetə yaxınlaşacağı güman edilir. NASA-nın yaydığı məlumata görə, Neptuna uçuş 3,4 milyard dollara başa gələcək.
"Qırmızı planet" də yeni mineral nümunələri tapılıb
Xatırladaq ki, ABŞ xüsusi araşdırma zondu olan "Voyager-2"-ni 1989-cu ildə Neptuna göndərə bilmişdi.




Tural Tağıyev

Azvision.az



Teqlər:   NASA  





Xəbər lenti