Kimlər peyvənddən sonra koronavirusa yoluxa bilər?

  25 Sentyabr 2021    Oxunub :658
Kimlər peyvənddən sonra koronavirusa yoluxa bilər?
Son zamanlar dünyada bəzi insanların peyvənd olunandan çox keçməmiş koronavirusa yoluxması ilə bağlı hallar çoxalıb.
Azvision.az xəbər verir ki, Rusiya mediasına açıqlama verən tanınmış immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov risk qrupuna daxil olanlardan danışıb. O, vaksinasiyadan keçmiş insanlar arasında kimlərin daha çox infeksiyaya yoluxa biləcəyini açıqlayıb.

-İmmuniteti zəif olan insanlarda peyvənddən sonra yoluxma ehtimalı yüksəkdir. Bunlara müəyyən genetik və xroniki xəstəlikləri olan xəstələr, həmçinin uzun müddət immunosupressiv dərmanlar və antiinflamatuar hormonal dərmanlar qəbul edənlər daxildir.

Tural Tağıyev
Azvision.az

Teqlər: Peyvənd   Koronavirus  







Xəbər lenti