Ali məktəblərə qeydiyyat bitib

Ali məktəblərə qeydiyyat bitib
  23 Sentyabr 2021    Oxunub:1147
Abituriyentlərin qəbul olunduqları ali təhsil müəssisələri üzrə qeydiyyat prosesi yekunlaşıb.
Azvision.az xəbər verir ki, qeydiyyat portal.edu.az platforması üzərindən aparılıb.

Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Bu gün həmçinin ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti də başa çatır. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti isə sentyabrın 24-dək davam edəcək.

Azvision.az


Teqlər: Universitet  





Xəbər lenti