PUA-larla bağlı yenilik: Dərmanları dronlar çatdıracaq - VİDEO

     PUA-larla bağlı yenilik:   Dərmanları dronlar çatdıracaq -   VİDEO
  22 Sentyabr 2021    Oxunub:2855
Yunanıstanın Trikala şəhərinin səlahiyyətliləri uzaq bölgələrə dərman çatdırmaq üçün Pilotsuz Uçuş Aparatlarını (PUA) sınaqdan keçirib. Azvision.az xəbər verir ki, bu barədə "Ekathimerini" məlumat yayıb.
Qeyd edilir ki, Yunanıstanın şimal -qərbində yerləşən Trikaladan 3 kilometr məsafədə olan Leptokaryaya xüsusi bir dron uçub. Ümumilikdə dron iki yerdə dayanıb- Aptekin yaxınlığında və fermerlərdən birinin tarlasında.

“Texnologiya yaşadığımız problemlərin əsl həllini təmin edə bilər. Bu gün dərmanları aptekdən daşıdıq. Sabah təcili yardımlar üçün dərmanların daşınması ola bilər"-,Trikala Bələdiyyə başçısı Dimitris Papastergio məlumat verib.

Səlahiyyətlilər PUA-larla preparatların çatdırılması layihəsinin COVID-19 pandemiyası zamanı son dərəcə əhəmiyyətli olduğunu düşünürlər.

Qeyd edək ki, bundan öncə Avstraliyanın "Infravision" şirkətinin PUA-sı Sidneyin şimalındakı elektrik şəbəkəsinin əlçatmaz bir hissəsində yerləşən kabellərini aça bilmişdi.



Tural Tağıyev
Azvision.az



Teqlər: Dron   Yunanıstan  





Xəbər lenti