Van Persi zədələnib- oyunlardan kənarlaşdı

Van Persi zədələnib- oyunlardan kənarlaşdı
  22 Mart 2014    Oxunub:1275
İngiltərənin "Mançester Yunayted" futbol klubunun hollandiyalı hücumçusu Robin van Persi hərtərəfli tibbi müayinədən keçib. AzVision.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, müayinələr zamanı Hollandiya yığmasının dizindən zədələndiyi müəyyən edilib.

Zədə nəticəsində R. van Persi 4-6 həftə yaşıl meydanlara çıxa bilməyəcək. Bu o deməkdir ki, forvard Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsi çərçivəsində "Bavariya" (Almaniya) ilə hər iki oyunu buraxacaq. Qeyd edək ki, hollandiyalı ÇL-nin 1/8 mərhləsi çərçivəsində "Olimpiakos" (Yunanıstan) ilə oyunda zədələnmişdi.


Teqlər:





Xəbər lenti