Ali məktəblərdə dərslərin təşkili qaydası

   Ali məktəblərdə dərslərin təşkili qaydası
  22 Sentyabr 2021    Oxunub:2140
Nazirlər Kabineti ali məktəblərdə dərslərin təşkili qaydası ilə bağlı qərar verib.
Azvision.az -ın məlumatına görə, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilir.

Eyni zamanda, müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda, müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılıb.

Azvision.az


Teqlər: Ali-məktəb  





Xəbər lenti