Bakıda 310 məktəbdə əyani tədris bərpa olunub

  22 Sentyabr 2021    Oxunub :290
   Bakıda 310 məktəbdə əyani tədris bərpa olunub
"Bu gün Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 310 məktəbdə əyani tədris bərpa olunub".
Azvision.az -ın məlumatına görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, son günə qədər təmir gedən məktəblərdə də işlər tamamlanıb:

"Həmin məktəblər bu gün şagirdlərin ixtiyarına verilib. Bu il Bakıda tikilən yeni 8 məktəbdən 5-də işlər tamamlanıb və istifadəyə verilib. 3 məktəbdə isə tikinti işləri davam edir",-deyə BŞTİ müdiri qeyd edib.

Azvision.az

Teqlər: Məktəb  







Xəbər lenti