“Milli musiqi xəzinəmizdən” layihəsindən yeni nəşrlər təqdim edilib
Tədbir Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə təşkilatçılığı ilə həyata keçirilib.
Bir neçə il öncə başlanmış layihəyə Fikrət Əmirov, Xəyyam Mirzəzadə, Elmira Nəzirova, Oqtay Rəcəbov və digər bəstəkarların fortepiano musiqi əsərlərinin not nəşrləri daxildir. Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin fortepiano üçün asanlaşdırılmış köçürməsi, Fikrət Əmirovun “12 miniatür”, “Romantik sonata”, “Variasiyalar”, “İki prelüd”, “İki pyes” kimi miniatür əsərləri, Elmira Nəzirovanın “Azərbaycan xalq melodiyalarının fortepiano üçün işləmələri”, Tofiq Quliyevin “Cəmilənin albomu”, Zakir Bağırovun “Fortepiano üçün əsərləri”, Əşrəf Abbasovun, Vasif Adıgözəlovun, Asya Sultanova, Azər Rzayev, Sərdar Fərəcov və başqalarının seçmə əsərləri işıq üzü görüb.
Təqdimatda tanınmış musiqi xadimləri, Milli Kitabxananın direktoru Kərim Tahirov, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli və başqaları iştirak edib, rəy və təkliflərini bölüşüblər.
Azvision.az