Teledərslərin təkrar yayımına başlanılır

Teledərslərin təkrar yayımına başlanılır
  21 Sentyabr 2021    Oxunub:1307
Təhsil Nazirliyi “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin təkrar yayımına start verir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, sentyabrın 22-dən I-IV, 29-dan isə V-XI siniflər üçün çəkilmiş teledərslərin təkrar yayımına başlanılacaq.

Dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Dərs vaxtı”nın rəsmi feysbuk səhifəsi üzərindən, eləcə də Təhsil Nazirliyinin rəsmi yutub kanalı vasitəsilə yayımlanacaq.

Teledərslər məktəbdə öyrəndiklərinizin daha yaxşı mənimsənilməsi üçündür.

Azvision.az


Teqlər: Dərs  





Xəbər lenti