Azərbaycanlı idmançılardan ermənilərə ikiqat zərbə!

Azərbaycanlı idmançılardan ermənilərə ikiqat zərbə!
  21 Mart 2014    Oxunub:1461
Azərbaycanın beş cüdoçusu bu gün Tbilisidə başlayan Qran-Pridə güclərini sınayır.

Milli.Az Azerisport.com-a istinadən bildirir ki, 60 kq-dək olan çəki dərəcəsində iki idmançımız mübarizə aparır. Orxan Səfərov startda Ser-Oda Nasanjarqalı (Monqolustun) məğlub edib, dörddəbir finalda isə gürcü Lukxumi Çikvimianinin öhdəsindən gəlib.

Yarımfinalda Orxan Rusiya təmsilçisi olan Olimpiya çempionu Arsen Qalstyanın dizini yerə gətirib və Qran-Prinin finalına çıxıb.

Həlledici döyüşdə Səfərov qazax Yerkubulan Kassyevi ipponla məğlub edərək mövsümün ilk beynəlxalq uğurunu qazanıb.

Vüqar Şirinli (60 kq) ilk döyüşündə gürcü Georgi Brolaşviliyə məğlub olub.

66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə ilk döyüşündə ukraynalı Sergey Pliyevi ipponla udub. Sonra isə təmiz atışla tatami sahibi Şalva Kardavanın öhdəsindən gəlib. Yarımfinalda o, qazax Yeldos Jumaxanovu məğlub edib və finala çıxıb. Burada o, dünya və Avropa çempionu ukraynalı Georgi Zantaraya qarşı döyüşəcək.

Tərlan Kərimov ilk döyüşündə (66 kq) gürcü Tristan Peikrişviliyə uduzub.

Qadınların yarışında Kifayət Qasımova (57 kq) ipponla gürcü Məryəm Tsixelaşvilini məğlub edib. Növbəti döyüşdə Ukraynadan olan Şuşana Gevondyanı əzib və yarımfinala çıxıb. Burada isə Kifayət serb Yovann Rogiçə uduzsa da, sloven Vlora Bedetini məğlub edərək bürüng medal qazanıb.

AzVision.az Azerisport.com-a istinadən bildirir ki, cüdo üzrə milli komandamız Tbilisidəki Qran-Pri yarışlarına əla başlayıb.

Turnirin ilk günündə Orxan Səfərov və Nicat Şıxəlizadə (66 kq) qızıl,Kifayət Qasımova (57 kq) bürünc medal qazanıblar.

Nicat Şıxəlizadə həlledici döyüşdə Ukrayna təmsilçisi, dünya və Avropa çempionu Georgi Zantaraya təmiz atışla qalib gələrək qızıl medalı qazanıb.


Teqlər:





Xəbər lenti