Koronavirus xəstələrini itlər tapacaq

Koronavirus xəstələrini itlər tapacaq
  17 Sentyabr 2021    Oxunub:1604
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) hava limanlarına koronavirusa yoluxmuş insanları 98,2 faiz dəqiqliklə tanıya bilən xüsusi itlər cəlb edilib. Azvision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Hazırda hava limanlarında 38 belə xidməti itin olduğu qeyd edilir. İtlərə COVID-19-a yoluxmuş insanlardan alınan tər nümunələrindən istifadə edərək təlim keçiblər. İndi onlar gündə təxminən 30-40 "test" keçirirlər. Bildirilir ki, təlim itlərindən bu məqsədlə nəinki hava limanlarında, hətta istənilən sahədə istifadə etmək olar.

Dubay polisinin sözçüsü Salah Xalif al-Mazrui "Reuters"ə deyib ki, artıq müxtəlif ölkələr itlərə virusa yoluxanı tapmağı öyrətməyin üsulları ilə bağlı maraq göstərirlər.

Tural Tağıyev
Azvision.az



Teqlər: BƏƏ   İt  





Xəbər lenti