"SpaceX" ilk mülki kosmik missiyanı reallaşdırdı

      "SpaceX"    ilk mülki kosmik missiyanı reallaşdırdı
  16 Sentyabr 2021    Oxunub:1166
Amerikanın "SpaceX" şirkəti çoxdan gözlənilən "Inspiration4" missiyasını həyata keçirib.
Azvision.az xəbər verir ki, bu missiya tarixdə ilk dəfə mülki şəxslərin ekipaj qismində kosmosa çıxarılmasıdır.

Marsda kosmik toz, qan, tər və nəcisdən tikinti materialları hazırlanacaq
"Inspiration4" missiyası orbitə "Dragon" kosmik gəmisi vasitəsilə göndərilib. Bu tarixi hadisə-yeni və fərqli ekipajın orbitə çıxarılması Floridanın NASA Kosmos Mərkəzindəki "39A" kompleksindən "Falcon 9" raketi vasitəsilə reallaşdırılıb. "Inspiration4" -ün heyəti iş adamı və missiyanın təşəbbüskarı Jared Ayzekman, pilot Sian Proktor, heyət həkimi Hayley Arseno və uçuş mühəndisi Kris Sembroskidən ibarətdir. Onların heç biri peşəkar astronavt deyil.

"Inspiration4" ekipajının təxminən üç gün sonra Yerə qayıdacağı gözlənilir. Kosmik gəmi Florida sahillərində enəcək.





Tural Tağıyev
Azvision.az



Teqlər:   Ekipaj   SpaceX   Amerika  





Xəbər lenti