Yaqub Zurufçu harada dəfn olunacaq?

  14 Sentyabr 2021    Oxunub :706
 Yaqub Zurufçu harada dəfn olunacaq?
"Əməkdar artist Yaqub Zurufçunun harada dəfn olunacağına ailə üzvləri qərar verəcək"
Azvision.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Əməkdar artist bu gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

O, bir neçə gün əvvəl koronavirusa yoluxmuşdu

Yaqub Zurufçu vəfat edib - YENİLƏNİB
Əməkdar artist 1956-cı il aprelin 8-də İran İslam Respublikasının Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. O, ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb . 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına adına layiq görülüb.

Ailəli idi, 3 övladı var.

Azvision.az

Teqlər:   Zurufçu   Dəfn  







Xəbər lenti