"Leyli və Məcnun" yenidən teatr səhnəsində

  14 Sentyabr 2021    Oxunub :425
"Leyli və Məcnun" yenidən teatr səhnəsində
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında iki opera tamaşası keçiriləcək.
Opera və Balet Teatrının mətbuat xidmətindən Azvision.az - a sentyabrın 21-də Üz.Hacıbəylinin "Leyli və Məcnun" operası nümayiş olunacaq. Tamaşada əsas partiyaları Respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa edəcəklər. Tamaşada həmçinin Respublikanın Əməkdar artistləri Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nöfəl) və başqaları iştirak edəcəklər. Opera tamaşasını Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Sevil Hacıyeva idarə edəcək.

Sentyabrın 24-də festival çərçivəsində görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operasının tamaşası da baş tutacaqdır. Tamaşada baş rolu - Violetta partiyasını ifa etmək üçün tanınmış Polşalı müğənni, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İvona Sobotka dəvət olunmuşdur. Onun tərəf müqabili kimi Alfred partiyasını Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov ifa edəcək.

Tamaşada həmçinin Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Səbinə Vahabzadə (Flora), Tural Ağasıyev (Qaston), gənc solistlər Nina Makarova (Anina) və Mahir Tağızadə (Baron) çıxış edəcəklər.
Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

Tamaşaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirusla mübarizəyə qarşı müəyyən etdiyi qaydalara uyğun olaraq zala buraxılacaq və əyləşdiriləcəklər.

Azvision.az

Teqlər: LeylivəMəcnun  







Xəbər lenti