BMT -nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin son hesabatı da ürəkaçan heç nə vəd etmir. Bəzi mütəxəssislər hesabatı sanki bəşəriyyət üçün səslənən bir arzuolunmaz məhkəmə hökmünə bənzədirlər. Hesabatda dünyanın 66 ölkəsindən 234 ekspert qəti şəkildə iddia edib ki, qlobal istilik inanılmaz dərəcədə artıb. 2019 -cu ildə atmosferdəki karbon qazının konsentrasiyası son 2 milyon ildə ən yüksək göstərici olub! Yer səthinə gəldikdə isə 1970 -ci ildən bəri burada qlobal istilik digər 50 illik dövrlə müqayisədə daha sürətli şəkildə artıb. Bu həm də 2000 ildə ən pis göstəricidir...
Hesabat müəllifləri son on ildə 14 min elmi məqaləni araşdırdıqdan sonra belə qənaətə gəliblər ki, atmosfer, okean və yerin quru səthi insan fəaliyyətinin təsiri ilə inanılmaz dərəcədə dəyişib, hər üç istiqamətdə surətli istiləşmə gedir. Alimlər deyirlər ki, əgər orta qlobal temperatur 1,5 dərəcədən yuxarı qalxarsa, nəticələr təsəvvür edilməyəcək dərəcədə faciəvi olacaq. Quraqlıq və daşqınlar daha da şiddətlənəcək və bəzi bölgələrdə insanlar isti havanın təsirinə tab gətirmədən qısa zamanda öləcəklər.
Qlobal istiləşmə, artan təbii fəlakətlər: Yaxın gələcəkdə bizi nə gözləyir? |
Son illər bu istiqamətdə müxtəlif layihələr irəli sürülür, elmi araşdırmalar üzərində çalışılır. “Qırmızı planetə” köçüb yaşamaq, burada normal şərait yaratmaq üçün amerikalı milyorder İlon Mask da bir sıra layihələr planlaşdırı.
Bu günlərdə ingilis elm adamları Marsa tikinti materiallarının daşınması probleminin öhdəsindən gəlməyə kömək edə biləcək yeni bir yol təklif ediblər. Bu, kosmik tozdan, qandan, tərdən və astronavtların sidiyindən hazırlanacaq maddə və materialların ərsəyə gətirilməsidir. Araşdırmaların nəticələri "Materials Today Bio" da dərc edilib.
Yerdən Marsa bir kərpic daşımağın dəyəri 2 milyon dollar olaraq qiymətləndirilir ki, bu da planetin kolonizasiyasını son dərəcə bahalı edir. Buna görə elm adamları Marsda tikintilər üçün yaxınlıqdakı materiallardan istifadə etməyi təklif edirlər. Yəni kosmik tozdan və astronavtların öz imkanlarından yararlanmaq lazımdır. Məsələn, Beynəlxalq Kosmos Stansiyasında astronavtlar sidiyi 90-95% təmizləyir və içməli suya çevirirlər.
Mançester Universiteti isə betona bənzər bir material istehsal etmək üçün insan qanının plazma zülalını kosmik tozla birləşdirməyi təklif edir. Alimlər artıq təcrübədə istifadə edilmiş bu materialı "AstroCrete" adlandırıblar. O təxminən yerdə hazırlanan beton qədər güclü olub. Bundan əlavə, elm adamları, insan bədənində yaranan və sidik, tər, göz yaşları ilə xaric olan xüsusi bir maddənin "AstroCrete" materialının gücünü xeyli artırdığını, hətta betondan bir neç dəfə güclü olmasını üzə çıxarıblar.
İngilis elm adamları Marsa iki illik səfər zamanı altı nəfərlik ekipaj sayəsində 500 kq-dan çox "AstroCrete" istehsal oluna biləcəyini hesablayıblar. Hər bir ekipaj üzvü ən azı bir adamın yaşayış yerini təmin etmək üçün kifayət qədər kosmik beton yarada bilər. Bundan əlavə, elm adamları yeni materialın 3D printerdə istifadə oluna biləcəyini iddia ediblər.
Tural Tağıyev
Azvision.az