İki taekvondoçumuz Olimpiya Oyunlarına lisenziya qazandı
Tayvanın Taypey şəhərində gənclər arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə təsnifat turniri keçirilir.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə Tayvana yollanan milli komandamız üçün yarışın ilk günü uğurlu olub. Gənclərdən ibarət milli komandanın baş məşqçisi, Əməkdar məşqçi Mamed Abdullayevin və böyük məşqçi Zahid Məmmədovun yetirmələrindən Səid Quliyev (73 kq) yalnız final döyüşündə rəqibə məğlub olaraq gümüş medalla kifayətlənmişdir. Safiye Polat (49 kq) isə bürünc medala sahib olub.
Beləliklə, hər iki taekvondçumuz 2014-cu ildə Çin Xalq Respublikasının Nanjinq şəhərində kerililəcək gənclər arasında Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.