"Qırmızı planet" də yeni mineral nümunələri tapılıb

    "Qırmızı planet" də yeni mineral nümunələri tapılıb
  14 Sentyabr 2021    Oxunub:2123
ABŞ Milli Aviasiya və Kosmos İdarəsinin (NASA) xüsusi araşdırma missiyası çərçivəsində Mars planetinə göndrədiyi "Perseverance rover" aparatı mineralların yeni nümunələrini əldə edib.
Azvision.az xəbər verir ki, bu barədə "Naked Science" portalı məlumat yayıb.

Elm adamları ötən həftə bu universal kosmik cihazın Marsdakı qayadan ilk nümunəni uğurla əldə etdiyini bildiriblər. Nümunə "Montdenier" adlandırıldı. Bundan bir müddət sonra isə NASA -nın mətbuat xidməti ikinci nümunə olan "Montagnac" ın da uğurla əldə edildiyini bəyan etdi.

"Perseverance" missiyasının elmi rəhbəri Keti Morqan deyib ki, Marsda tektonik plitələrin olmaması səbəbindən onun səthindəki qayaların tarixi çox qədimdir. O qayaların "Qırmızı planet"in milyardlarla yaşı olan geoloji tarixinin izlərini saxladığını qeyd edib.

O da vurğulanır ki, əldə olunan nümunələrdə duz birləşmələri tapılıb . Bu da vulkanik süxurun su ilə uzun müddət qarşılıqlı təsirini göstərir. Belə hesab edilir ki, uzaq keçmişdə "Ezero" krateri adi bir göl olub.

Uzun illər sonra, gölün quruması səbəbilə su tədricən daşlardan buxarlanaraq burada özündən duzlar saxlayəb. Nümunələr on il ərzində Yerə çatdırılacaq ki, bundan sonra yoxa çıxan Mars gölünün bütün tarixini daha ətraflı öyrənmək mümkün olacaq.

Qeyd edək ki, "Perseverance rover" NASA-nınx üsusi tədqiqat missiyası çərçivəsində bu ilin fevral ayının 18-də təxminən 7 aylıq uçuşdan sonra "Ingenuity" uçan aparatı ilə birlikdə Marsa səthinə endirilib.

Aparatın missiyası Marsdakı qayalardan və s. ərazidən toplanan nümunələri yerə göndərməkdir.

Tural Tağıyev
Azvision.az



Teqlər: NASA   Mars   Mineral  





Xəbər lenti