Kapitan əvəzedici heyətə göndərildi

Kapitan əvəzedici heyətə göndərildi
  20 Mart 2014    Oxunub:1094
"Neftçi"nin kapitanı Rəşad Sadiqov əvəzedici heyətə göndərilib. AzVision.az xəbər verir ki, bu barədə Trend-ə klubdan məlumat veriblər.

R.Sadiqovun əvəzedici heyətə göndərilməsinə futbolçunun son vaxtlar zəif çıxışı səbəb olub.

Məlumata görə, son vaxtlar R.Sadiqovun sərgilədiyi oyun klub rəhbərliyini və məşqçi heyətini qane etmir.

Futbolçu son turlarda "Neftçi"nin əsas heyətində yer almayıb. "İnter"lə dünənki kubok qarşılaşmasında isə onun adı ümumiyyətlə matçın iştirakçıları sırasına salınmayıb.


Teqlər:





Xəbər lenti