Homo Sapiens Afrikanı iqlim şəraitinə görə tərk edib

  Homo Sapiens  Afrikanı iqlim şəraitinə görə tərk edib
  30 Avqust 2021    Oxunub:2461
Azvision.az “Media Potok” nəşrinə istinadən xəbər verir ki, bir qrup elm adamı “Nature Communications” jurnalında Homo Sapiensin Afrikadan köçməsinin səbəbini açıqlayan araşdırma dərc edib.
Tədqiqatçılar hesab edirlər ki, əcdadlarımızı Afrikadan sıxışdıran yeni iqlim şəraiti olub. Əvvəllər bunun qitədəki insanların çoxalması və qida çatışmazlığından qaynaqlandığı güman edilirdi.

Bu araşdırma bəşəriyyətin yayılmasında paleoklimat dəyişikliklərinin rolunu bir daha təsdiqləyir. Bu tapıntılar müasir alimlərə əcdadlarımızın necə köçdüklərini, niyə məhz Avrasiyanı seçdiklərini və bunun onlar üçün nəylə nəticələndiyini anlamağa kömək baxımından unikaldır.


Bundan əvvəl Media Potok İndoneziyada əvvəllər bilinməyən bir insan qrupuna aid olan bir qadının qalıqlarının tapıldığı haqda yazmışdı. Bir qadının skeleti Sulavesi adasında kəşf edilmişdi, onun təxminən 7300 yaşı var.

Nadir Quliyev
Azvision.az



Teqlər: Homo-Sapiens   Afrika  





Xəbər lenti