Jurnalistin tarixi romanı çapdan çıxdı

Jurnalistin tarixi romanı çapdan çıxdı
  27 Avqust 2021    Oxunub:2703
“...Mən sərvətimə görə burjua nümayəndəsiyəm. Amma qəlbimə görə fəhləyəm. Fəhlə vicdanı isə məni həmişə sadə xalqa tərəf çəkir...” “Osmanlının bu savaşdan necə çıxacağı bizdən asılıdır. Ya parçalanıb məhv olacaq, ya da savaşa qalxıb türk ulusunun varlığını bütün dünyaya göstərəcəyik...”
“- Sizi yenidən görməyimə şadam, xanım!.. - Amma mən şad olmadım, cənab Paqosyan!..”
“Hətta deyilənə görə işə çarın arvadı Aleksandra da qarışıb”
“Vətən sağ olsun” kəlməsi bizim üçün fatihədir, fatihə!..;
- Mən sağlamlar üçün bişirilən şorbanı gördüm: itini sevən kişi bunu itinə verməz...


Müxtəlif obrazlar arasında fərqli vəziyyətlərdə və məkanlarda baş tutan bu dialoqlar yenicə çapdan çıxan “Nargin – saralmış kədər” tarixi romanından götürülüb. Milyonçu Tağıyevin, türklük aşiqi Ənvər Paşanın, bütün həyatını xeriyyə işlərinə sərf edən Sona Hacıyevanın, öz evində namərdcəsinə güllələnən Murtuza Muxtarovun, Nargin adasında əsir tutulan Türkiyə tarixinin ilk pilotu Vecihi Hürkuşun, Nargində yaşanan faciəni öz gözləri ilə görən doktor Nəriman Nərimanovun dilindən səslənən bu sitatlar Azərbaycan-Türkiyə ortaq tarixinin ən ağrılı və qəhrəmanlıq dolu salnaməsinə işıq salır.

1914-1918-ci illərdə davam edən Birinci Dünya mühaqribəsinin gedişində Qafqaz cəbhəsində əsir alınaraq Nargində saxlanılan minlərlə türk hərbçisinin məşəqqətli həyatından bəhs edir.

Kitabın müəllifi əməkdar jurnalist Yunis Orucovdur. Uzun axtarışlar və araşdırmalar nəticəsində ərsəyə gələn roman tarixi faktlar əsasında qələmə alınıb və real həyat hadisələrini təsvir edir.

Azərbaycan ədəbiyyatında Nargin mövzusuna həsr olunan ilk ədəbi əsər olan romanda insan taleləri, ağır həyat dramları sanki tarixin canlı şahidləri kimi görünür. Burada Azərbaycan ziyalılarının, maarifpərvər övladlarının, milyonçusundan tutmuş, sadə insanına qədər qeyrətli soydaşlarımızın öz qardaşlarının yolunda göstərdiyi təmənnasız fədakarlıqlar əks olunub. Roman geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.


Teqlər: Roman   Nargin  





Xəbər lenti