"Qalatasaray" uduzdu, "Çelsi" finala doğru

"Qalatasaray" uduzdu, "Çelsi" finala doğru
  19 Mart 2014    Oxunub:1192
Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
AzVision.az xəbər verir ki, ötən gecə İngiltərənin "Çelsi" klubu öz meydanında Türkiyənin "Qalatasaray" klubunu qəbul edib. Səfərdə rəqibi ilə 1:1 bərabərə qalan "Çelsi" doğma meydanda 2:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Bununla da "Qalatasaray" Çempionlar Liqasında mübarizəni dayandırıb.

Digər qarşılaşma "Real"la (Madrid) "Şalke" arasında baş tutub. Almaniyada keçirilən ilk oyunda Madrid klubu 6:1 hesablı qələbə qazanmışdı. Bu dəfəki oyun 3:1 hesabı ilə yenə ispanların qələbəsi ilə yekunlaşıb. Nəticədə Madrid klubu növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki 1/8 final mərhələsinə sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45. "Çelsi" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) (İlk oyun - 1:1) - 2:0
Qollar: Samuel Eto, 4 (1:0), Qari Kehil, 43 (2:0)

23:45. "Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya) (İlk oyun - 6:1) - 3:1

Qollar: Ronaldo, 22 (1:0), Tim Hooqland, 31 (1:1), Ronaldo, 74 (2:1), Morata, 75 (3:1)

19 mart

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Zenit" (Rusiya) (İlk oyun - 4:2)

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) (İlk oyun - 0:2)


Teqlər:





Xəbər lenti