Yerə 1,5 kilometrlik asteroid yaxınlaşır

Yerə 1,5 kilometrlik asteroid yaxınlaşır
  21 Avqust 2021    Oxunub:2374
Bu gün Yerin yaxınlığından təhlükəli asterodi keçəcək. Azvision.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Bildirilir ki, potensial təhlükəli sinifə aid olan "2016 AJ193" asteroidi avqustun 21-də Yerin təxminən 3,4 milyon kilometr yaxınlığından keçəcək. Onun planetimizə ən yaxın məsafədə olması axşam saatlarına təsadüf edəcək. Kosmik cismin sürəti saniyədə 26 kilometrdir. Ölçüləri 400 ilə 1300 metr arasındadır.

Moskva Planetariumunun mətbuat xidməti məsələ ilə bağlı açıqlama yayıb ki, bu asteroid potensial təhlükəli sinifə aid olsa da, Yer planetinə ciddi təhlükə yaratmır.

Bu cür cisimləri müşahidə edənlər tarixin müxtəlif dövrlərində asteroidlərin Yerin yaxınlığından hətta indikindən daha yaxın məsafələrdən keçdiyini qeyd ediblər.

"Asteroid Yerə 3,4 milyon kilometr məsafədə olacaqsa, ondan daha böyük olan Ay planetimizdən cəmi 380 min kilometr məsafədə yerləşir",-mütəxəssislər bildiriblər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Asteroid  





Xəbər lenti