Meksikada 2000 illik buket tapılıb

Meksikada 2000 illik buket tapılıb
  17 Avqust 2021    Oxunub:2324
Meksikada arxeoloqlar Teotiuakane şəhərinin qalıqları arasından yaşı iki min ildən çox olan buketlər aşkar ediblər. Azvision.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Tapıntılar məbədin 18 metr altında olub. Arxeoloq Sergio Qomez deyib ki, qiymətli tarixi əşya olan bu 4 buket çox yaxşı vəziyyətdə qalıb.

"Onlar iplə bağlı vəziyyətdə qalıblar. Yəqin ki, ip pambıqdandır",-Qomez bildirib.

Arxeoloqlar şəhərin eramızdan əvvəl 100 -cü ildə inşa edildiyini düşünürlər. Onun varlığı səkkizinci əsrə qədər davam edib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Meksika   Arxeoloq  





Xəbər lenti