Titanda həyat axtarışı: NASA Saturnun peykinə ağıllı dron göndərəcək - FOTO
Bu ağıllı cihazın ekvatorda qum təpələrinin meydana gəldiyi əraziyə enəcəyi planlaşdırılır. Xüsusi hazırlanmış robot buradan torpaq nümunələri götürəcək. "Dragonfly" endiyi zonada kimyəvi biosiqnallar da axtaracaq, aktiv metan dövrünün öyrənilməsi və hazırda Titanın atmosferində, səthində baş verən prebiotik kimyanı araşdıracaq.
Məsələ burasındadır ki, Saturnun peyki Yerə qismən bənzəyir. Titanın sıx olsa da metandan ibarət atmosferi var. Burada yağışlar yağır, qitələr isə dəniz və okeanlarla əhatə olunub.
Tural Tağıyev
Azvision.az