Dahinin naxələfliyi: Tarantino anasından niyə qisas alır?

  Dahinin naxələfliyi:   Tarantino anasından niyə qisas alır?
  09 Avqust 2021    Oxunub:3125
Hollivud əfsanəsi, məşhur amerikalı rejissor Kventin Tarantino jurnalistlərə verdiyi müsahibədə maraqlı bir sirrini açıb. O uşaqlıqda heç vaxt qonorarını anası ilə bölüşməyəcəyinə dair söz verdiyini bildirib.
Azvision.az xəbər verir ki, buna səbəb Tarantinonun hələ məktəbli ikən anası ilə mübahisə yaşamasıdır. Dünya kinosu üçün dahi rejissor böyüdən ana Kventinin yazıçılıq təcrübələrindən təhqiramiz formada danışırmış.

Tarantino ilk ssenarilərini məktəbdə oxuyarkən yazmağa başlayıb. Bu səbəbdən hətta müəllimlərlə də problemlər yaşayıb. Sənətçinin anası da onun yazı həvəsini lağa qoyurmuş.

"O qışqıraraq mənə deyirdi:
- Ax, lənətə gəlsin sənin bu "yazıçı karyeranı"! Bəsdir, bu zibil işlə məşğul oldun!"- məşhur rejissor anasının ruhdan salan fikirlərini xatırlayıb.

Kventin anası və atası Toni Tarantino ilə


Hollivud əfsanəsi qeyd edib ki, anası onu kinayəli sözlərlə qınayanda, "Yaxşı, xanım, mən uğurlu bir yazıçı olanda qzancımın yüzdə birindən belə bir sent almayacaqsan. Sənin üçün ev, "Cadillac" olmayacaq. Heç tətil də görməyəcəksən", - cavabını verib.

Amerikalı rejissor müxbirlərə verdiyi sözə artıq əməl etdiyini açıqlayıb. Tarantino yalnız bri dəfə -anasının vergi idarəsi ilə ciddi problemləri olanda kömək edib...

Tural Tağıyev
Azvision.az



Teqlər: Tarantino   Ana   Hollivud  





Xəbər lenti