17 mindən çox subbakalavr ərizəsini təsdiqlədib

17 mindən çox subbakalavr ərizəsini təsdiqlədib
  05 Avqust 2021    Oxunub:1558
Ali məktəblərə qəbul olmaq üçün subbakalavrların ərizə qəbulu davam edir.
Azvision.az Dövlət İmtahan Mərkəzinin (DİM) saytına istinadla xəbər verir ki, subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bu gün saat 13:35-ə olan məlumata görə, 17 min 195 subbakalavr elektron ərizəsini təsdiqlədib.

Subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti