Dövlət xətti ilə ipoteka kreditləşməsi azalıb

Dövlət xətti ilə ipoteka kreditləşməsi azalıb
  05 Avqust 2021    Oxunub:1124
Bu ilin iyul ayında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 26,094 mln. manat həcmində 402 ipoteka krediti verib.
Azvision.az -ın İKZF-yə istinadən verdiyi məlumata görə, bu, iyun ayı ilə müqayisədə 27,2% azdır. Bu ilin yanvar-iyul aylarında isə 231,414 mln. manatlıq 3 460 ipoteka krediti verilib ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 75,6% çoxdur.

Qeyd edək ki, indiyədək İKZF xətti ilə ümumi 1 872 135 736 manat məbləğində 34 932 ipoteka krediti verilib. Zəmanət verilmiş kreditlərin ümumi məbləği 232 518 000 manat təşkil edib, kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı isə 920-yə bərabər olub.


Azvision.az


Teqlər: Kredit  





Xəbər lenti