Azərbaycan nümayəndə heyəti İrandadır

   Azərbaycan nümayəndə heyəti İrandadır
  05 Avqust 2021    Oxunub:982
Azərbaycan nümayəndə heyəti İranın yeni seçilən Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi rəsmi tvitter hesabında paylaşım edib.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavinləri daxildir.

Səfir paylaşımında bildirib ki, qonşuların dostluq və qardaşlıq münasibətləri daimidir.

Azvision.az



Teqlər: Azərbaycan   İran  





Xəbər lenti