Həbib Həsənov vəzifədən azad olunmayıb - RƏSMİ

   Həbib Həsənov vəzifədən azad olunmayıb -    RƏSMİ
  05 Avqust 2021    Oxunub:2699
"Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Həbib Həsənovun vəzifəsindən azad olunması barədə xəbərlər həqiqətə uyğun deyil".
Bunu Azvision.az -a DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bəzi saytlarda H. Həsənovun vəzifədən azad olunması barədə yayılar xəbəri şərh edərkən deyib. Onun sözlərinə görə, H. Həsənov hazırda məzuniyyətdədir, o, məzuniyyətdən qayıtdıqdan sonra öz vəzifəsini yerinə yetirməyə davam edəcək.

"DANX-nin rəisi Həbib Həsənov adi qaydada məzuniyyətə çıxıb. Məzuniyyətdən qayıtdıqdan sonra işinin başında olacaq. Bununla bağlı xəbər yayanlar adi qeybət səviyyəsində, heç bir rəsmi mənbə olmadan xəbər yayanlardır", - deyə N. Allahyarova qeyd edib.

Azvision.az



Teqlər: DANX  





Xəbər lenti