Avtomobil Nəqliyyatı Xidmətinə yeni müavin təyin edildi

Avtomobil Nəqliyyatı Xidmətinə yeni müavin təyin edildi
  05 Avqust 2021    Oxunub:679
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni müavin təyin edilib.
Azvision.az xəbər verir ki, bu vəzifəyə Anar Rzayev gətirilib.

Anar Rzayev 1973-cü ildə Bakı şəhərində anadan olub. Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsini bitirib.1994-1995-ci illərdə ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsi alıb.

2018-ci ildən UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunub. Buna qədər müxtəlif nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Azvision.az



Teqlər: DANX  





Xəbər lenti