Yanğınsöndürənlərimiz Türkiyədə əməliyyatları davam etdirirlər - VİDEO

   Yanğınsöndürənlərimiz Türkiyədə əməliyyatları davam etdirirlər -    VİDEO
  04 Avqust 2021    Oxunub:1258
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirirlər.
FHN-dən Azvision.az -a verilən məlumata görə, ötən gün Türkiyə və Azərbaycan yanğınsöndürənlərinin birgə səyi nəticəsində Dənizli bölgəsində baş verən yanğınlar söndürülüb. Eyni zamanda, Marmaris ərazisində fəaliyyət göstərən yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb.

Hazırda FHN-in yanğınsöndürmə qüvvələri Marmaris şəhərinin Kavaklı, İlanlı və Çayhisar istiqamətində davam edən yanğın ocaqlarının söndürülməsi istiqamətində lazımi tədbirləri davam etdirirlər.



Azvision.az



Teqlər:





Xəbər lenti