Bristolda hava şarı festivalı keçirilib- FOTOLAR

Bristolda hava şarı festivalı keçirilib-   FOTOLAR
  04 Avqust 2021    Oxunub:2300
İngiltərənin Bristol şəhərində hava şarları ilə bağlı möhtəşəm şou təşkil olunub. "Bristol International Balloon Fiesta" adlanan festivalda şarların kütləvi nümayişi keçirilib.
Qeyd edək ki 1979 -cu ildən bəri davam edən şou on minlərlə turistin marağını cəlb edib. Keçən il qeyri-adi hava şarlarının nümayişi pandemiya səbəbiylə ləğv edilmişdi. Bu il isə festival təşkilatçıları şou həvəskarlarının kütləvi axınından qaçmaq üçün son günə qədər şounun dəqiq yerini açıqlamadılar.

Adətən, bu əyləncəli və qeyri-adi şouda yüzdən çox insan iştirak edir. Lakin bu dəfə Bristona təxminən 30 nəfər toplanıb.

Azvision.az bu rəngarəng görüntülər yaradan festivaldan olan fotoları oxuculara təqdim edir:





















Tural Tağıyev
Azvision.az



Teqlər: Festival   Hava-şarı  





Xəbər lenti