"Yaxın günlərdə məktəblərin açılmasına aydınlıq gətiriləcək" - Emin Əmrullayev

   "Yaxın günlərdə məktəblərin açılmasına aydınlıq gətiriləcək" -   Emin Əmrullayev
  04 Avqust 2021    Oxunub:1760
“Çalışacağıq ki, yaxın günlərdə növbəti tədris ilində məktəblərin açılacağı məsələsinə aydınlıq gətirək”.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Nazir MİQ müsabiqəsində vakansiyaların açıqlanacağı vaxtı da bildirib: “Bütün fənlər üzrə vakansiyalar bu gün və ya sabah açıqlanacaq”.

E. Əmrullayev Qarabağ bölgəsi üçün vakant müəllim yerlərinin sayı barədə sualı da şərh edib: “Qarabağda vakant yerlərin sayını bilən kimi deyəcəyik”.

Azvision.az



Teqlər: EminƏmrullayev  





Xəbər lenti