27 197 müəllim müsabiqə vasitəsilə işə qəbul olunub

27 197 müəllim müsabiqə vasitəsilə işə qəbul olunub
  04 Avqust 2021    Oxunub:1141
“Azərbaycanda son üç ildə 27 197 nəfər müəllimlərin işə qəbulu üzrə müsabiqə vasitəsilə işə qəbul olunub”.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, bu il 46 930 nəfər imtahanda iştirak edib:

“Onlardan 10 259 nəfəri (22 %) hazırda müəllim kimi işləyənlərdir. Bu il ilkin elan edilən vakansiyaların sayı 7 718-dir. Azərbaycan bölməsi üzrə 6 871 yerdir. Vakant yerlərin sayının 9000-ə qədər artmasını gözləyirik. 3000-ə qədər vakansiya hər il təkrar olaraq çıxarılır”.

Azvision.az


Teqlər:





Xəbər lenti