1562 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb

  02 Avqust 2021    Oxunub :449
1562 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb
İcradan yayınma hallarının qarşısının alınması ilə bağlı ciddi tədbirlər həyata keçirilib. Bu il belə hallara yol verən 2.800 şəxs inzibati məsuliyyətə cəlb olunub, 244 borclu barəsində cinayət işi başlanılıb.
Azvision.az xəbər verir ki, bunu videokonfrans formatında keçirilən müşavirədə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi – baş icra məmuru İlqar Cəfərov bildirib. Onun sözlərinə görə, icradan qərəzli yayınan 1.562 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1.245 nəfərin üzərindən isə əvvəllər qoyulmuş belə məhdudiyyətlər götürülüb.

Azvision.az

Teqlər: Borclu  







Xəbər lenti